Çindən Ukraynaya yardım
Çin Ukraynaya humanitar yardım göndərib, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukraynaya təxminən 720 min avro dəyərində humanitar yardım göndərilib.
Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirib ki, ərzaq və gündəlik tələbat malları da daxil olmaqla, ilk yük bu gün Ukraynanın Qırmızı Xaç Cəmiyyətinə göndərilib.
Qeyd olunub ki, yaxın zamanda daha çox yardım göndəriləcək.
Martın 9-da Ukraynalı nazir çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı "təcavüzünü inkişaf etdirməsi” barədə məlumat verib. O, Van İni Pekinlə Moskva arasındakı münasibətlərdən istifadə edərək Rusiyanı "Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa vadar etməyə” çağırıb.
Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanı əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq.
Fevralın 24-dən Rusiyanın Ukraynaya hücumu davam edir.
Ləman Qasımova
www.anews.az