• $
  • £

Rusiya və Ukrayna tərəfin sabahkı danışıqlardan - GÖZLƏNTİLƏRİ

Rusiya və Ukrayna tərəfin  sabahkı danışıqlardan - GÖZLƏNTİLƏRİ
09.03.2022 16:33

Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da Antalyada görüşəcəkləri gözlənilir. Rəsmi Ankaranın təşəbbüsü ilə keçiriləcək görüşdə Türkiyənin xarici işlər naziri Mpvlud Çavuçoğlu da iştirak edəcək.
 

Görüş qabağı tərəflər  bu danışıqlardan nə gözlədiklərini bəyan ediblər.


Dmitri Kuleba, Ukrayna xarici işlər naziri.


"Biz rusiyalı həmkarım, nazir Lavrovla danışıqlara hazırlaşırıq. Sabah onlar baş tutacaq. Biz onları mümkün qədər səmərəli şəkildə həyata keçirmək üçün indi çox ciddi işlər görürük. Amma açığını deyim ki, mənim danışıqlardan gözləntilərim çox deyil. Mən hansısa şişirdilmiş gözləntilərə malik deyiləm. Amma biz sözsüz maksimum dərəcədə nəticə əldə etməyə çalışacağıq. Biz atəşi dayandırmaq, ərazilərimizi azad etmək və  bütün humanitar məsələlərn həllinə nail olmaq niyyətindəyik.  Nəticə etibarilə nə əldə edəcəyimiz başqa sualdır, bu, digər məsələlərlə yanaşı, cənab Lavrovun bu danışıqlara hansı göstərişlərlə gəlməsindən asılıdır.Ümid edirəm ki, o, bu danışıqlara təbliğat niyyətilə deyil, xoş məramla,  həqiqətən də Rusiyanın başladığı bu müharibəni necə dayandırmaq yolunu axtarmaq  istəyi ilə  qatılacaq”.


Dmitri Peskov, Rusiya prezidentinin mətbuat katibi


"Rusiya tərəfi danışıqların davam etdirilməsində maraqlıdır və öz marağını hər zaman saxlamaqdadır. Rusiyanın mövqeyi son dərəcə aydındır və Ukrayna tərəfdən danışıqları aparan nümayəndələrin diqqətinə çatdırılıb. Ukrayna tərəfi hazır olan kimi biz yeni raundların keçirilməsinə başlaya bilərik.


Xarici işlər nazirlərinin görüşü danışıqlar prosesinin vacib davamıdır.  Gəlin hadisələri qabaqlamayaq, görüşün özünü gözləyək".
 
Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü Antalya Diplomatik Forumunun platformasında baş tutacaq. Bu forumda 40-dan çox ölkənin XİN rəhbərləri o cümlədən beynəlxalq təşkilat təmsilçiləri iştirak edəcək. Form martn 11-13-də Türkiyənin Antalya şəhərində baş tutacaq. 
 
Azərbaycanı da forumda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol