Rusiyada 9 marta olan əsas hadisələr - İCMAL
Ukrayna-Rusiya müharibəsi davam edir.
Müharibənin 14-cü günü Rusiyada baş verən əsas hadisələrin icmalını təqdim edirik:
- Peskov deyib ki, ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır.
- Aİ Rusiyada 14 iş adamı və Federasiya Şurasının 146 üzvünü sanksiya tətbiq edilən şəxslərin siyahısına salıb.
- Rusiya hakimiyyəti Qərbin sanksiyalar tətbiq etməsi səbəbindən iqtisadiyyatın dəstəkləmək üzrə tədbirlər planını təsdiq edib.
- Putin hərbi prokurorluğa çağırışçıların Ukraynaya göndərilməsi ilə bağlı məsələni araşdırmağı tapşırıb.
- Rusiya Müdafiə Nazirliyi Kiyevin Donbasa hücuma hazırlaşmasına dair əlinə keçirdiyi məxfi sənədi dərc edib.
- Zaxarova bildirib ki, Rusiyanın" xüsusi əməliyyatı" Ukraynada mövcud hökuməti devirmək məqsədi daşımır.
- Putin banklardan külçə şəklində qiymətli metal alan fiziki şəxsləri ƏDV-dən azad edib.
- Mərkəzi Bank nağd valyuta əməliyyatların yeni qaydası ilə bağlı açıqlama verib.
-️ VTB yuanla depozitlər təklif etməyə başlayıb.
- Daxili İşlər Nazirliyi messencerlərdə vətəndaşların yazışmalarının polis tərəfindən yoxlanması ilə bağlı yayılan məlumatları təkzib edib.
- Dəmir yolu qatarları istehsal edən Alstom da Rusiyadan gedir.
- Dəmir yolu qatarları istehsal edən Alstom da Rusiyadan gedir.
-️ İtaliyanın avtomobil istehsalçısı Iveco Rusiyada məhsullarının satışını dayandırır.
- Rusiyada Heineken brendi ilə tanınan pivə şirkəti öz istehsalını dayandırılıb.
- Vogue, GQ, Tatler və digər Condé Nast brendləri Rusiyada fəaliyyətini dayandırır.
-️ KFC Rusiyada işini dayandıracaq.
Gülnar Nazimqızı
www.anews.az