Çernobılda elektrikin söndürülməsi təhlükəlidirmi?
Çernobıl Atom Ekeltrik Stansiyasından şəhərə və ətraf bölgələrə elektrikin verilməsi dayandırılıb. Cernobılda və onun ətrafında baş verənlərə bir az ətraflı nəzər salaq.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünya ictimaiyyətini atom elektrik stansiyasının binasını təcili təmir etmək üçün Rusiyanı atəşkəsə məcbur etməyə çağırıb. Kuleba bildirib ki, ehtiyat dizel generatorları Çernobıl AES-i və onunla əlaqədar olan obyektləri 48 saat ərzində qidalandıra bilər.
"Sonra istifadə olunmuş nüvə soyutma sistemi sönəcək və bu, radiasiyanın sızması təhlükəsi yaradacaq", - Kuleba bildirib.
Bundan əvvəl Ukraynanın dövlət şirkəti "Enerqoatom” bildirib ki, sızma radioaktiv buludun yaranmasına gətirib çıxara bilər və külək axını onu Ukrayna, Belarus, Rusiya və Avropanın digər regionlarına apara bilər.
Buna baxmayaraq Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hesab edir ki, hələlik Çernobılda "kritik təhlükəsizlik pozuntuları” müşahidə olunmur.
Zaporojye AES-in, eləcə də Rusiya hərbçilərinin nəzarətində olan Çernobılın ətrafında radiasiya səviyyəsi hələlik normaldır. Ukraynanın "Enerqoatom” dövlət nüvə şirkətinin rəhbəri Petr Kotin bildirib ki, hərbi əməliyyatlar nəticəsində zədələnmiş blokda təmir işləri aparılır.
N.Təbrizli
www.anews.az