• $
  • £

ABŞ Ukraynaya təyyarə göndərə bilməz - Cen Psaki

ABŞ Ukraynaya təyyarə göndərə bilməz - Cen Psaki
10.03.2022 13:36
ABŞ Almaniyadakı  bazaları üzərindən polyak MiQ-29-ın Ukraynaya göndərilməsi fikrindən imtina edib.

 "BŞ bazasından Ukraynaya təyyarələrin göndərilməsi Vaşinqton və NATO-nun maraqlarına uyğun deyil", - Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. 

"Düşünürəm ki, burası aydındır və hərbi ekspert olmağa lüzum yoxdur ki, niyə bir təyyarənin ABŞ bazasından ölkənin müharibə gedən hissəsinə göndərilməsi bizim və NATOnun maraqlarına uyğun deyil” - deyə Psaki bildirib.

Daha əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Polşanın MiQ-29 qırıcılarını ABŞ-a təhvil verməklə Ukraynaya göndərmək istəməsinin səbəbini anlamır.

Pentaqon bildirib ki, Polşanın təklif etdiyi təyyarənin Ukraynaya ötürülməsi marşrutu (Xarici İşlər Nazirliyi Polşaya məxsus MiQ-29 qırıcılarını ABŞ hökumətinin sərəncamında olan Almaniyanın Ramştayn aviabazasına təhvil verməyə hazır olduğunu elan edib) narahatlığa səbəb olub və bütün alyans üçün ciddi təşviş doğurur.

Bundan əvvəl Polşa MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı müstəqil qərar verə bilməyəcəyini bəyan edib.

"Təyyarələri özbaşına göndərə bilmərik, çünki bu, bütün NATO-nun qərarı olmalıdır. Bu, fövqəladə vacib qərardır”, - Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

ABŞ bəyan edib ki, döyüş təyyarələrinin tədarükü məsələsini indi müzakirə etməyə hazır deyil, çünki Rusiya bunu eskalasiya kimi qiymətləndirə bilər ki, bu da Rusiya, ABŞ və NATO arasında genişmiqyaslı müharibəyə gətirib çıxara bilər.

ABŞ müvəqqəti olaraq Polşada Patriot hava hücumundan müdafiə sistemlərini yerləşdirir.

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ Polşada müvəqqəti olaraq Patriot hava hücumundan müdafiə sistemlərinin batareyalarını yerləşdirir və onları "vaxtında” Almaniyaya qaytarmaq niyyətindədir.
 
Elnur Babayev



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol