• $
  • £

Rusiya ordusu itki verir, Putin könüllüləri orduya çağırır

Rusiya ordusu itki verir, Putin könüllüləri orduya çağırır
11.03.2022 14:07
Rusiya prezidenti Vladimir Putin  döyüşmək istəyən könüllülərin Ukraynaya göndərilməsini planını dəstəkləyib.  Bu barədə Reuters agentliyi xəbər verir.

O, Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib ki, Rusiya ordusu ilə bərabər Ukraynada döyüşmək istəyən könüllülərə icazə verilməlidir.
 
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, yaxın Şərqdə Rusiya tərəfdə döyüşməyə hazır olan  16 min könüllü var. 
 
Bir müddət qabaq Ukraynada Rusiya Silahlı Qüvvələrinin uğur qazandığını söyləyən Rusiya prezidenti bildirirdi ki, Ukraynada əlavə döyüşçülərə ehtiyac yoxdur. "Rusiya Silahlı Qüvvələrinin tərəfində yalnız müqavilə ilə işləyən hərbçilər döyüşür. Bizim çağırışçılara  ehtiyacımız yoxdur. Rusiya ordusunun şəxsi heyəti yetərlidir",  - Putin bildirmişdi.
 
Ancaq üstündən bir müddət keçmiş bəlli oldu ki, Rusiya ordusu sıralarında Ukraynada çağırıçılar da döyüşür. Belə ki, Ukrayna tərəfi əsir düşənlər arasında çağırışçıların olduğunu bildirdi. Bu məlumatdan  şaşırdığını bildirən Rusiya prezidenti  hərbi prokurorluğa bunu araşdırmağı tapşırdı. Müdafiə Nazirliyi isə çağırışçıların Ukraynada döyüşdüyünü  etiraf edən bəyanat yaydı. 
 
ABŞ kəşfiyyatı Ukraynada 4-5 min Rusiya hərbçisinin öldüyünü, yaralıların sayının isə bundan 3 dəfə çox olduğunu bildirib. 
 
"Müharibənin Putinin dediyi kimi 3 gün deyil daha çox uzanması təbii Rusiya hakimiyyəti üçün gözlənilməz idi. Rusiya ordusu bu qədər itki verəcəyini gözləmirdi. Eyni zamanda ölkə daxilində də adi ruslar öz balalarını hərbiyə göndərmək istəmir. Odur ki, Putin haimiyyəti indi Suriyadan yaraqlılar gətirməyi düşünür. Bu gün Şoyqunun dediyi 16 min könüllü də çox güman Rusiyanın Suriyadan gətirmək istədiyi yaraqlılardır",  - Anews-a adının anonim saxlanmasını stəyən Rusiya hərbi eksperti bildirib. 
 

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol