Amerikalı astronavt Rusiya medalını Moskvaya qaytarır
Amerika astronavtı Skott Kelli Rusiyanın "Kosmosun fəthində xidmətlərinə görə” dövlət medalını geri qaytardığını bildirib.
Rusiyanın Soyuz kosmik gəmisi də daxil kosmosa 4 uçuş etmiş astronavt deyib ki, bu addımı Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq atır.
Skott Kelli həmin medalı 2011-ci ildə ona vermiş ovaxtkı prezident Dmitri Medvedevə Twitter-də yazdığı postda mükafatı "oğlu bu ədalətsiz müharibədə həlak olmuş rus anasına” verməyi xahiş edib.
"Mən medalı poçtla Rusiyanın Vaşinqtondakı səfirliyinə göndərirəm”, -deyə o bildirib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi 24 fevraldan başlayıb.
Ləman Qasımova
www.anews.az