Böyük Britaniyadan Rusiya deputatlarına SANKSİYA
Rusiya Dövlət Dumasının 386 deputatına sanksiya tətbiq edib, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, buna səbəb həmin şəxslərin Rusiyanın Ukraynada yaratdığı qondarma respublikaların tanınmasının lehinə səs verməsidir.
Sanksiyaya məruz qalan deputatların Böyük Britaniyaya girişi yasaqlanacaq və onların ölkədəki aktivləri dondurulacaq.
Cari ilin fevralın 24-dən Rusiyanın Ukraynaya hücumları davam edir.
Ləman Qasımova
www.anews.az