• $
  • £

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb
12.03.2022 11:14
Ukrayna Müdafiə Qüvvələri üstünlüyü ələ alır və bütün istiqamətlərdə Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatını dəf edir. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

"Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib, dayandırılıb və əvvəllər işğal olunmuş əraziləri saxlamağa çalışır. Donetsk istiqamətində irəliləməyə çalışan işğalçılar Ukrayna müdafiəçilərindən layiqli cavab alıblar və müxtəlif istiqamətlərdə dayandırılıblar, nəticədə qarşı tərəfin irəliləmə sürəti xeyli ləngiyib. Döyüş başlayandan Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir tabor-taktiki dəstəsi döyüş qabiliyyətini itirib. Hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa təmasda olan Rusiya Silahlı Qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətinin mənəvi-psixoloji durumu pisləşməkdə, təslim olmaların sayı artmaqda davam edir. Son üç gündə qarşı tərəfin kiçik fərari dəstələrinin dövlət sərhədinə doğru hərəkəti müşahidə olunur. Rəqib ehtiyatının komplektləşdirilməsində ciddi problem yaşayır”, - məlumatda bildirilib.

Fevralın 24-dən Rusiyanın Ukraynaya hərbi hücumları davam edir.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol