• $
  • £

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi yardımın göstəriləcəyini təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi yardımın göstəriləcəyini təsdiqləyib
13.03.2022 09:24
ABŞ dövlət katibi Entoni Blinken Prezident Cozef Baydenin memorandumuna uyğun olaraq Ukraynaya 200 milyon dollara qədər hərbi yardım barədə göstəriş verib, bu barədə Dövlət Departamenti yazılı açıqlama yayıb.
 
"Bu paket Ukraynaya zireh, hava və digər təhlükələrlə mübarizə aparmaq üçün əlavə müdafiə yardımını əhatə edəcək", - Blinken deyib.

O, qeyd edib ki, bu məbləğlə hazırkı Vaşinqton administrasiyasının Kiyevə verdiyi təhlükəsizlik yardımının ümumi məbləği 1,2 milyard dollardan çox olub.

"Amerika və müttəfiqləri öz ölkələrini və həmvətənlərini qorumaq üçün onların (Ukrayna) səylərini dəstəkləyir, həmçinin Rusiyanı gücün Ukraynanın ruhunu heç vaxt məğlub etməyəcəyini etiraf etməyə çağırır. Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqik və Ukraynaya lazımi dəstəyi bundan sonra da davam etdirəcəyik. Həmçinin ehtiyacı olanlara humanitar yardım göstərməyə və Ukrayna xalqına öz ölkələri uğrunda apardıqları mübarizədə iqtisadi və təhlükəsizlik yardımı ilə dəstək verməyə davam edəcəyik”, - dövlət katibi bildirib.

Daha əvvəl KİV Ağ Evin mətbuat xidmətinə istinadən Ukraynaya 200 milyon dollarlıq hərbi yardım göndəriləcəyi barədə məlumat yayıb.
Fevralın sonunda ABŞ hakimiyyəti Ukraynaya təcili hərbi yardım üçün 350 milyon dollara qədər vəsait ayırıb.(report)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol