Roma ukraynalılara qucaq açdı
Ukraynadakı gərginlik fonunda indiyədək İtaliya ərazisinə daxil olan qaçqınların sayı 35 minə çatıb.
İtaliyaya ümumilikdə 34 min 851 Ukrayna vətəndaşı sığınıb. Onlardan 17 min 685-i qadın, 3040-ı kişi və 14 min 126-sı azyaşlıdır.
Ukrayna vətəndaşları İtaliyada əsasən qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir. Ukraynalı azyaşlılar İtaliya məktəblərinə qəbul olunur, kişi və qadınların isə müvafiq işlə təminatı üçün lazımi tədbirlər görülür.
www.anews.az