Çeçenistan lideri Kadirov Ukraynadadır
Çeçenistan lideri Ramzan Kadirov Ukraynada olduğunu etraf edib. Bu barədə CNN TÜRK məlumat yayıb.
Ukrayna-Rusiya müharibəsində Putini dəstəkləyən Çeçenistan lideri Ramzan Kadırov Ukrayna Təhlükəsizlik Xidmətini (SBU) ələ salaraq, Ukrayna ərazisində olduğunu bəyan edib. Kadırov Ukraynanın paytaxtı Kiyevə girəcəyi zamanı gözlədiklərini açıqlayıb. O, minlərlə çeçen əsgərini rus qoşunları ilə birlikdə Ukraynaya hücum etmək üçün bu ölkəyə göndərib. Ukrayna kəşfiyyatı Kadırovun Ukraynada ola biləcəyini açıqlayandan sonra sosial media hesabında paylaşım edən prezident Kadırov ozünün Ukrayna ərazisində olduğunu açıqlayıb.
Kadırovun paylaşdığı videoda onun Çeçenistan əsgərləri ilə necə görüşdüyü və Ukrayna Təhlükəsizlik Xidmətini (SBU) lağa qoyduğu əksini tapıb.
"Ruhi xəstəsiz Biz həmin görüntüdə Qostomeldəyik. Keçən gün Kiyev faşistlərindən 20 km aralıda idik və indi daha da yaxınlaşmışıq. İndi təxmin edin nə qədər yaxınıq? Ukrayna Təhlükəsizlik Xidməti sizin kəşfiyyaçılarınız necə işləmək lazımdır bilmir. Deyəsən, əcnəbi təlimatçılar və hərbi məsləhətçilər sizə köhnəlmiş üsulla dərs keçiblər”, - Kadırov yazıb.
Kadırov açıqlamasının davamında Kiyev administrasiyasını da hədələyib.
"Bir anlıq dincələ bilərsiniz, çünki bizi axtarmaq lazım deyil. Sizi özümüz tapacağıq. Amma çox vaxtınız yoxdur. Dəfələrlə təklif etdiyim kimi, təslim olub bizim tərəfimizə keçin, yoxsa məhvə məhkum olacaqsız. Təklif hələlikqüvvədədir. Amma bu çox çəkməyəcək”, - o bildirib.
Rusiya "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nı tanıdıqdan sonra 2022-ci il fevralın 24-də Ukraynaya müharibə elan edib. Çeçenistanlideri Ramzan Kadırov həmin gündən Rusiya prezidentini dəstəklədiyini bildirib. Fevralın 26-da onun generalı Çeçenistan Milli Qvardiyasının 141-ci motoatıcı alayının rəisi Maqomed Tuşayev Rusiya-Ukrayna müharibəsində məhv edilib.
Tuşayevin ölümü isə beynəlxalq medianın gündəmində idi.
Səkinəxanım Məmmədova
www.anews.az