• $
  • £

Ukraynanın Baş Qərargahı cəbhədən son məlumatları yaydı

Ukraynanın Baş Qərargahı cəbhədən son məlumatları yaydı
15.03.2022 11:12
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə meydanında son sutkada baş verən hadisələr barədə məlumat yayıb.
 
İşğalçı qoşunların qruplaşmaları heç bir istiqamətdə ciddi uğur qazanmayıb.
 
"Gün ərzində Ukraynanın hava hücumundan müdafiəsi düşmənin 4 helikopterini, 1 təyyarəsini, qırıcımız isə düşmənin qanadlı raketini vurub”, - deyə bildirilir.
 
Qara dəniz və Azov əməliyyat zonalarında dəniz desant əməliyyatına hazırlıq əlamətləri aşkar edilməyib.
 
"Düşmənin mənəvi-psixoloji vəziyyəti aşağı səviyyədə qalır ki, bu da Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etmələrinə səbəb olur.
 
Həmçinin, mövcud məlumatlara əsasən, Luqansk vilayətinin bəzi rayonlarının müvəqqəti işğal olunmuş ərazisindən səfərbər edilmiş sakinlər Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edən Rusiya işğalçı qüvvələrinin aktiv bölmələrinin itkilərini doldurmaq üçün göndərilir”, - deyə məlumatda qeyd edilir.
Bildirilir ki, Rusiya qoşunları Mariupolu ələ keçirməyə cəhd edərkən, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri işğalçılara aşağıdakı itkilər verərək, onların hücumları dəf ediblər: 150-yə yaxın insan, 2 tank, 7 piyada döyüş maşını və 1 zirehli transportyor. Bundan sonra düşmən hücum əməliyyatlarını dayandıraraq geri çəkilib.
 
Bundan əlavə, artilleriya və aviasiya düşmənin irəliləmə marşrutlarında yığılan hərbi texnika və kolonnalarına zərbələr endirib:
"Mövcud məlumatlara görə, artilleriya atəşi nəticəsində 12 avtomobil məhv edilib”, - məlumatda bildirilir.
 
336-cı Əlahiddə Dəniz Briqadasının və 11-ci Əlahiddə Hava Hücum Briqadasının düşmən batalyonları və taktiki qrupları da itki verib.
Mənbə: RBC-UKRAİNA

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol