Ukraynada həlak olan uşaqların sayı açıqlanıb
Martın 15-nə olan vəziyyətə görə, Ukraynada Rusiyanın apardığı müharibə nəticəsində 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb.
www.anews.az
Bunu Ukrayna Baş Prokuroru Ofisi "Telegram” kanalından açıqlayıb.
"Ən çox zərərçəkən Kiyev, Xarkov, Donetsk, Çernihiv, Sumı, Xerson, Mykolaiv, Jitomir əyalətlərindədir. Hər gün atəş nəticəsində azı 5 uşaq ölür”,- açıqlamada qeyd olunur.
Bundan əlavə, indiyədək Rusiya ordusunun hava və artilleriya hücumları nəticəsində 400 təhsil ocağına ziyan dəyib, bunların 59-u tamamilə dağılıb. Həmçinin 11 səhiyyə müəssisəsi, biri əlil uşaqlar üçün olan 3 reabilitasiya mərkəzi atəşə tutulub.
www.anews.az