• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan Ararat Mirzoyana - CAVAB

Rəsmi Bakıdan Ararat Mirzoyana - CAVAB
15.03.2022 18:25
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu bəyan edib, bu barədə Türkiyənin Anadolu agentliyi yazır. 

"Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarımdan prosesi məhz bu məqsədə doğru aparmaqla bağlı ortada siyasi iradənin qoyulması barədə sözləri eşitməkdən məmnunam. Hesab edirəm ki, biz sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik”, - Mirzoyan deyib. 

Onun fikrincə,  ümumilikdə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müsbət tendensiya müşahidə olunur.

Bir qədər əvvəl Vaaqn Xaçaturyan and içərək rəsmən Ermənistan prezidenti vəzifəsinə başlayıb.

Hazırda İrəvanla Ankara arasında diplomatik əlaqələr yoxdur və dövlətlər arasında  sərhəd 1993-cü ildən bağlıdır. Tərəflər bir sıra fundamental məsələlərdə, o cümlədən 1915-ci il "erməni soyqırımı"nın tanınması məsələsində anlaşma əldə edə bilmirlər. Amma Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin dayandırılması əssən Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi ilə bağlıdır. 
 
Mirzoyanın bəyanatından  az sonra Azərbaycan XİN də ölkələr arasında münasibətlərin normallaşmasına etiraz etmədiyini bildirib. 

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydındır, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə əlaqədar təklifləri ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərinə dair şərhində deyilir.

XİN bildirilib ki, Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.

"Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir”, - XİN bəyanatında vurğulanıb. 
 
Rəsmi Bakı həmçinin Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaradılmasını da alqışladığını bildirib. Sonuncu dəfə bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəli həmkarı Mövlud Cavuçoğlunun bu ilin martında Azərbaycana səfəri zamanı nazirlərin keçirdiyi birgə mətbuat konfransında bildirib. 
 
Gülnar Baxşıyeva
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol