Ruslar Mariupolda xəstələri və tibb işçilərini girov götürüb
Rusiya hərbçiləri Ukraynanın Mariupol şəhərində yerləşən İntensiv müalicə üzrə regional xəstəxananın həkim kollektivi və xəstələri girov götürüblər. Bu barədə Ukrayna hakimiyyət dairələri məlumat yayıb.
Donetsk vilayətinin dövlət administrasiyasının sədri Pavel Kirilenko da öz teleqram kanalında xəstəxananın əməkdaşına istinadən məlumatı təsdiqləyib.
"Xəstəxanadan çıxmaq mümkün deyil. Onlar davamlı atəş açır, biz zirzəmidə oturmuşuq. Artıq iki gündür maşınlar xəstəxanaya yaxınlaşa bilmir. Ətrafda olan yüksəkmərtəbəli binalar yanır. Ruslar qonşu binalardan 400 nəfəri zorla xəstəxananın binasına salıb. Biz çıxa bilmirik”, - Kirilenko xəstəxana əməkdaşından sitat gətirib.
Hələlik bu xəbərin nə dərəcədə doğru olduğu təsdiqlənməyib.
N.Təbrizli
www.anews.az