Ukraynada atışma zamanı ölən jurnalistlər kimdir?
Fox News telekanalının 55 yaşlı operatoru Pierre Zakrjewski və 24 yaşlı ukraynalı jurnalist Aleksandra Kuvşinova Kiyev yaxınlığında yerləşən Gorenkada həlak olub. Rusiya hərbçiləri onların avtomobillərinə atəş açıb.
39 yaşlı britaniyalı jurnalist Benjamin Hall ayağından qəlpə yarası alıb, hazırda xəstəxanadadır.
Fox News-un baş direktoru Suzanne Scott martın 14-ü rəhbərlik etdiyi qurum üçün dəhşətli gün olduğunu bildirib.
Onun sözlərinə görə, Zakrjevski "ehtiraslı və misilsiz istedada malik jurnalist idi". O, İraq, Suriya və Əfqanıstan müharibələrini işıqlandırmışdı.
www.anews.az

Fox News-un sözçüsü Yonat Freeling qeyd edib ki, Aleksandra Kuvşinova son bir ayda Fox News ilə çalışıb və "işini parlaq şəkildə görüb”. "Biz gözəl və cəsur qadını itirdik "O, musiqini sevirdi, şən və mehriban idi", - Freeling deyib.
N.Təbrizli
www.anews.az