Azərbaycana 2800-ə yaxın Ukrayna vətəndaşı daxil olub
Son 15 gündə Azərbaycana 2800-ə yaxın Ukrayna vətəndaşı daxil olub, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, bu şəxslər həm təxliyə prosesi çərçivəsində, həm də müstəqil qaydada ölkəyə daxil ola biliblər.
"Sığınacağa daxil olanlarla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan arasında ölkə müddəti 90 gündür. Həmin şəxslərin həmin müddətdə ölkədə olması leqal sayılır. Bizə hələ ki, çoxsaylı sığınacaq müraciəti daxil olmayıb", - Xidmət rəisi əlavə edib.
Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır. Ukraynadakı vəziyyətlə əlaqədar orada yaşayan şəxslərin təxliyəsi həyata keçirilir. Hazırda 9500-dən çox şəxs təxliyə edilib
www.anews.az