Mariupolda bombalanmasın deyə "uşaq" sözü yazılsa da....- VİDEO
Ukraynanın Mariupol şəhərində teatr həyətində "uşaq" sözü yazılmasına baxmayaraq həmin teatr binası Rusiya Silahlı Qüvvələri tərəfindən bombalanıb və nəticədə çoxlu sayda mülki əhali həyatını itirib.
Teatrın peyk tərəfindən görüntüləri yayılıb. "Maxar” şirkəti tərəfindən yayılan görüntüləri Rusiyanın hücumu ilə bağlı həqiqəti üzə çıxarıb. Sığınacaq kimi istifadə olunan binanın bağçasında havadan görünən rus dilində 'UŞAQ' yazılıb. Ukraynalı mülki şəxslər Rusiya qüvvələrinə binada uşaqların olduğunu və bu mülki hədəfin vurulmaması lazım olduğunu bildirmək istəyiblər.Lakin bu səy kifayət etməyib.

Mariuopol rəsmiləri bildirir ki, həmin teatrda 1000-1200 aralığında mülki şəxs sığınıb.
Hücumda həyatını itirən çox sayda insanın cəsədlərini yan-yana əks etdirən fotoşəkillər beynəlxalq xəbər agentlikləri tərəfindən təsdiq edilərək paylaşılıb.

"RUS İŞĞALÇILARININ MƏQSƏDİ SOYQIRIM ETMƏKDİR”
Ukraynanın bəyanatında deyilir ki, düşmən qocaları, qadınları və uşaqları hədəfə alır. Bunlar tamamilə silahsız müdafiəsiz mülki şəxslərdir. Rus işğalçılarının yeganə məqsədi Ukrayna xalqına qarşı soyqırım törətməkdir. Nə qədər vaxt keçsə də, ölən vətəndaşların heç birini, heç bir qanı unutmayacağıq.
MARIUPOL ƏN ÇOX VURULAN ŞƏHƏRDİR
450 min əhalisi olan Mariupol rus işğalında ən çox hədəf alınan şəhər oldu. Bölgədən Qırmızı Xaç rəsmilərinin verdiyi məlumata görə, şəhərdə vəziyyət çox pisdir”. Mariupol Ukraynanın cənubunda, Rusiyanın dəstəklədiyi separatçılarla Krımın ortasında yerləşir. Şəhərə tam nəzarət ruslara Azov dənizinə qədər bölgədə böyük üstünlük verəcək və konvoyların keçməsi üçün uzun yol dəhlizi açacaq. Şəhər rəsmiləri işğal başlayandan bəri şəhərdə ən azı 2500 nəfərin öldüyünü, lakin ölülərin sayının və cəsədlərin toplanmasının çətinliyi səbəbindən bu rəqəmin 20 minə qədər arta biləcəyini bildirir.(sondakika)
Səkinəxanım Məmmədova
Aytac Zeynalova
www.anews.az