• $
  • £

Rusiyanı təmsil edən hakimin Avropa məhkəməsində fəaliyyəti durduruldu - RƏSMİ

Rusiyanı təmsil edən hakimin Avropa məhkəməsində fəaliyyəti durduruldu - RƏSMİ
17.03.2022 18:38
2022-ci il yanvarın 2-dən Avropa İnsan Haqları məhkəməsində fəaliyyətə başlayan Rusiyalı hakim Mixail Lobovun səlahiyyətləri dayandırılıb. Bu barədə Avropa İnsan Haqları Məhkəməsinin saytı xəbər verir. 


"Rusiyanın martın 16-dan Avropa Şurasından çıxarılmasının hüquqi nəticələri aydınlaşana qədər Mixail Lobovun  səlahiyyətləri dayandırılır. Bundan başqa Avropa Məhkəməsi Rusiya vətəndaşlarından daxil olan şikayətlərin araşdırılmasını da dayandırıb",  - məhkəmənin saytı yazır. 


Ekspertlər bildirir ki,  bu qərar martın 16-dək  müraciət edən Rusiya  vətəndaşlarına şamil edilməyəcək.Onların şikayətinə baxılacaq. 


Belə ki, Avropa Şurası Nazirlər Komitəsi martın 16-da Ukraynanın Rusiya tərəfindən təcavüzə məruz qalması səbəbindən Rusiyanı üzvlüyündən dərhal çıxarmaq barədə qərar verib. Buna səbəb Rusiyanın Avrpa Şurasının nizamnaməsinin kobud şəkildə pozması olub. 


Yaranmış durum Rusiya hüquq müdafiəçiləri tərəfindən narazılıqla qarşılanıb.  Məsələn "Memorial" Hüquq Müdafiəsi Mərkəzindən olan Tatyana Qluşkova bildirib ki, bununla Rusiya vətəndaşları ölkdə pozulan hüquqlarının bərpasından məhrum olublar. 


O həmçinin bildirib ki, Rusiya Avropa Şurasının yüzdən çox konvensiyanda içtirak edir. Bura təkcə insan haqları deyil həm də korrupsiya ilə mübarizə və çirkli pulların yuyulması ilə bağlı konvensiyalar var. Bu layihələrin taleyinin necə olacağı bilinmir. 


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol