• $
  • £

Rusiyanın qəddarlığı ilə seçilən alay komandiri öldürülüb

Rusiyanın qəddarlığı ilə seçilən alay komandiri öldürülüb
17.03.2022 22:04
Kostroma Dövlət Televiziya və Radio Yayımları Şirkəti Rusiyanın həyata keçirdiyi "xüsusi əməliyyat" zamanı 5 rus hərbçisisnin, o cümlədən  hava-desant alayının komandirinin öldüyünü bildirib.  

"Ukrayna ərazisində "xüsusi əməliyyat” zamanı beş yerli hərbçi, o cümlədən Hava Desant Qüvvələrinin Kostroma alayının komandiri, polkovnik Sergey Suxaryov ölüb. Ölən digər dörd nəfər baş serjant Sergey Lebedev, serjant Aleksandr Limonov, kapitan Yuri Deqtyaryev və kapitan Aleksey Nikitindir", -  "Kostroma” dövlət teleradio şirkəti bildirib. 

Rusiya dövlət mediası Ukraynadakı itkilər və ümumilikdə müharibənin gedişi ilə bağlı yalnız Rusiyanın rəsmi mənbələrinə əsaslanaraq xəbər verir. Müdafiə Nazirliyi cəmi itkilər barədə məlumatları martın 2-də yalnız bir dəfə açıqlayıb. Onda da  498 nəfərin öldüyünü bildiriblər. Lakin regional hakimiyyət orqanları tez-tez bölgədə yaşayan hərbçilərin həlak olduğunu bildirirlər.

Polkovnik Suxarevin komandanlıq etdiyi 331-ci qvardiya hava-desant alayı həm çeçen yürüşlərində, həm də 2008-ci ildə Cənubi Osetiyadakı beş günlük müharibədə iştirak edib.

2014-cü ildə 10 Kostroma desantçısı İlovaysk yaxınlığında əsir götürülüb. Onlar hücuma keçərkən şəxsiyyət nişanlarını taxmamışdı. Onda Rusiya ordusunun Ukraynanın şərqindəki döyüşlərdə iştirakını inkar edən Rusiya hərbi komandanlığı  desantçıların sadəcə təlimlər zamanı azdığını və təsadüfən sərhədi keçdiyini bəyan etmişdi.

2017-ci ilin yay təlimlərinin sonunda  müdafiə naziri Sergey Şoyqu alaya "Qabaqcıl” titulunu verib. Qvardiya polkovniki Sergey Suxaryov 2021-ci ildən 331-ci alaya komandirlik edib. Bu alay və onun komandirinin qəddarlığı ilə seçildiyi bildirilir.

Pentaqon Rusiya-Ukrayna müharibəsində 6-7 min Rusiya hərbçisinin öldüyünü və bunun 3 misli qədər yaralının olduğunu bildirib. 


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol