Rusiya Ukraynaya gedən hərbi yükləri hədəfə alacaq
Rusiya Ukraynaya göndərilən hərbi yükləri hədəfə alacağıq. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
www.anews.az
"Biz açıq şəkildə bildirdik ki, Ukrayna ərazisinə daxil olan və silah olduğunu hesab etdiyimiz istənilən yükləri hədəfə alacağıq. Bu, tamamilə başa düşüləndir", - Lavrov RT-yə müsahibəsində bildirib.
O, xüsusilə NATO ölkələrini Ukraynanı hələ SSRİ dövründə hazırlanmış S-300 raket sistemləri ilə təmin etməmək barədə xəbərdarlıq edib.
Lavrov israr edir ki, bunu etməyə hazır olan Slovakiya kimi ölkələrin buna haqqı yoxdur, çünki Lavrovun sözlərinə görə, hətta SSRİ dövründə imzalanan müqaviləyə əsasən onlar üçüncü ölkələrə verilə bilməz.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər