• $
  • £

Ukrayna Rusiya gəmisini məhv edib

Ukrayna Rusiya gəmisini məhv edib
24.03.2022 18:06
Cümə axşamı səhər Ukrayna Hərbi Dəniz Qüvvələri Berdyansk limanında Rusiyaya məxsus desant gəmisinin məhv edildiyini açıqlayıb.

"Rusiyanın işğal etdiyi Berdyansk limanında Qara dəniz işğalçı donanmasının "Orsk” iri desant gəmisi məhv edilib”, - Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi  "Facebook” səhifəsində bildirilib.

Sosial şəbəkələrdə qara tüstü içində döyüş gəmisini əks etdirən foto və videolar yayılıb.

Cümə axşamı gecə Ukrayna tərəfi bəyan edib ki, Rusiya Ukrayna sərhədlərinə əlavə hərbi qüvvələr cəmləşdirir. Xüsusilə, Belarusla sərhəddə yerləşən Qomel vilayətində aktivlik müşahidə olunur. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, ora Şərq Hərbi Dairəsinin bölmələri və hava-desant qoşunlarının köçürüldüyü görünür. 

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının bu aktivliyini rusların verdiyi ağır itkilərlə əlaqələndirir. 

"Mövcud məlumata görə, Qərb Hərbi Dairəsinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun 144-cü motoatıcı diviziyasının itkilərini bərpa etmək məqsədilə Smolensk vilayətinin hərbi komissarlıqları kişi əhalisi ilə müqavilələrin bağlanması istiqamətində tədbirləri gücləndiriblər.Həmçinin Suriyadan ezamiyyətdən təzə gəlmiş hərbçilər də Ukraynaya göndərilmək üçün siyahıya alınır", -  Baş Qərargahın qısa xülasəsində bildirilir. 

Rusiya tərəfinin itkilərinin dəqiq sayı məlum deyil. Rusiya Müdafiə Nazirliyi ancaq martın 2-də  498 rus əsgərinin öldüyünü bildirib.

Bununla belə, Ukrayna komandanlığının və NATO-nun hesablamalarına görə, Rusiyanın Ukraynaya təcavüzü zamanı 9-15 min hərbçisi ölüb. Bura yaralıları da əlavə etsək Rusiyanın itkiləri 30-40 min nəfər  təşkil edir. dən gedir.

Bu arada, i Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, cümə axşamı gecə Rusiya ordusu Xarkov vilayətinin regional mərkəzi olan İzyum şəhərini ələ keçirib.

İzyumun əhalisi  50 min nəfərdir. Bu şəhər vacib dəmir yolu qovşağının üzərində işləyir. 

İzyumun şəhər adminstrasiyası isə şəhər uğrunda döyüşlərin davam etdiyini bildirir.


 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol