Ayaz Mütəllibovun ölüm səbəbi AÇIQLANDI
Ayaz Mütəllibov beyin insultundan dünyasını dəyişib,bu barədə onun oğlu Zaur Mütəllibov Qaynarinfoya açıqlamasında bildirib.
Atam bir aya yaxın idi Mərkəzi Kliniki Xəstəxanada müalicə alırdı. Beyin təzyiqi var idi. Atamı əvvəlcə operativ müalicə etdilər. Özünü yaxşı hiss edirdi. Amma sonradan müalicəsi uğurlu olmadı. Sonradan yeriməyində də problemlər yarandı. Həmçinin yaşına görə də xəstəlikləri var idi. Bu xəstəlikər də onu narahat edirdi. Kiçik beyin insultu və mikro infrakt keçirmişdi”, deyə sabiq prezidentin oğlu bildirib.
Ayaz Mütəllibov 27 mart dünyasını dəyişib. O, 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra - martın 6-da istefa verib.
www.anews.az
Son xəbərlər
Daha çox