Ayaz Mütəllibov kimdir?
Bu gün müstəqil Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Niyazi oğlu Mütəllibovla vida mərasimi keçirilir. Bəs görəsən Ayaz Mütəllibov kim olub?
Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib.
1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990-cı ilin yanvarından Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990-cı ilin mayından Azərbaycan SSR Ali Soveti tərəfindən yeni təsis olunmuş Azərbaycan SSR-nin rəhbəri vəzifələrini icra edib.
1991-ci il sentyabrın 8-də ümumrespublika seçkilərində Azərbaycan Respublikasının prezidenti seçilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Milli Məclisdə təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Fraksiyasının təmsilçiləri parlamentin növbədənkənar sessiyasını çağırmağa nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edirlər. O, 1992-ci il martın 6-da istefa verərək Moskvaya təcili mühacirət edir.
Eks prezident 2012-ci il iyunun 30-da Azərbaycan Sosial Demokrat Partiyasında tutduğu vəzifədən və siyasətdən getdiyini bəyan edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox