Qazaxıstan Prezidenti azərbaycanlını təltif etdi
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidov Qazaxıstanın ikinci dərəcəli "Dostık” (Dostluq) ordeni ilə təltif edilib, bu barədə məlumatı Qazaxıstanın Xarici İşlər Nazirliyi yayıb.
Türk akademiyası 2010-cu ildə mayın 25-i Qazaxıstanın təşəbbüsü əsasında təsis edilib. Akademiyaya üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Macarıstan isə müşahidəçi statusuna malikdir. Təşkilatın Baş qərargahı Nur-Sultan şəhərində yerləşir.
www.anews.az
Ordeni Füzuli Məcidova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq, ölkənin xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev təqdim edib.
Bildirilir ki, "Dostluq” ordeni ölkənin sosial-iqtisadi və mədəni inkişafına verdiyi töhfəyə, fəal ictimai fəaliyyətinə, eləcə də xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə verilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox