• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevlə Putin arasında məktublaşma olub

İlham Əliyevlə Putin arasında məktublaşma olub
04.04.2022 10:52
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.


Təbrik mətni Kremlin rəsmi saytında dərc olunub.


"Son onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq genişlənir, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq edilir”, - V.Putinin təbrik mesajında ​​bildirilib.


O vurğulayıb ki, keçən il və daha öncəki il bağlanmış üçtərəfli sazişlərə əsasən, rəsmi Bakı və Moskva Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə işləyir.


"Bu il mühüm nailiyyətlə - Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın fundamental maraqlarına cavab verir”, - Rusiya Prezidenti vurğulayıb.


Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı, uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol