Bayden "Ukraynaya getməyə hazırsızmı?" sualına "bəli" cavabını verib
Hazırda ABŞ administrasiyası hökuməti nümayəndələrindən hansının yaxın vaxtlarda Ukraynaya səfər edərək bu ölkəyə dəstək nümayiş barədə qərar üzərində çalışır. Bunu ABŞ prezidenti Co Bayden jurnalistlərə bildirib.
"Biz indi bunun üzərində işləyirik”, - Bayden Ağ Evin Ukraynaya yüksək rütbəli məmurları göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.
Bundan sonra jurnalistlər Baydendən Kiyevə kimi göndərə biləcəyini soruşub. "Getməyə hazırsızmı?" sualına Prezident qəfil cavab verib. "Siz hazırsınızmı?" – deyə jurnalistlər soruşub. "Bəli", - Bayden deyib və təyyarəyə minib.
Baydenin jurnalistlərlə dialoqunun stenoqramı Ağ Evin saytına qoyulub.
Daha əvvəl Reuters mənbələri Bayden və ABŞ vitse-prezidenti Kamala Harrisin Kiyevə səfər etmə ehtimalının az olduğunu, lakin belə bir səfəri Dövlət Departamentinin rəhbəri Toni Blinken və ya ABŞ-ın müdafiə naziri Lloyd Ostin edə biləcəyini bildirib.
Keçən həftə Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə səfər edib, o, nəinki Volodimir Zelenski ilə danışıqlar aparıb, həm də onunla Ukrayna paytaxtının mərkəzi küçələrində gəzib.
Conson Kiyevə gözlənilməz səfəri zamanı Zelenski ilə danışıqlar aparıb və Kiyevə 120 zirehli maşın veriləcəyini vəd edib.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox