• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı pessimist proqnozlar verdi

Dünya Bankı pessimist proqnozlar verdi
18.04.2022 23:05
Dünya Bankı 2022-ci ildə qlobal iqtisadi artım proqnozunu 3,2%-ə endirib. Bu barədə The Business Times-ın Sinqapur nəşri Dünya Bankının prezidenti Devid Malpassdan sitat gətirərək yazıb. 

Yanvarda Dünya Bankı dünya iqtisadiyyatının 4,1% artacağını proqnozlaşdırırdı. 

Bu arada, 2021-ci ildə qlobal ÜDM artımı təxmin edilən  5,6%-dən 5,7%-ə kii qalxıb. Bu, resessiyadan sonrakı 80 ildə ən yüksək artım tempidir.

"Biz yaz toplantımızı bir-birinin ardınca gələn sərt böhranlar fonunda keçirmək məcburiyyətindəyik. Bu, koronavirus, inflyasiya və Rusiyanın Ukraynaya təcavüzüdür", Malpass bildirib. 

Onun sözlərinə görə, bu amillər enerji, gübrə və ərzaq qiymətlərində qəfil sıçrayışlara səbəb ola bilər ki, bunlar da öz növbəsində dünyada yoxsulluq səviyyəsinin artması ilə nəticələnəcək. 

Malpass əlavə edib ki, faiz dərəcələrinin yüksəlməsi isə iqtisadi artımı ləngidə və bərabərsizliyi gücləndirə bilər.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol