• $
  • €
  • ₽
  • ₺
  • £

13 yaşlı azərbaycanlı idmançı ermənini çökdürdü

13 yaşlı azərbaycanlı idmançı ermənini çökdürdü
29.05.2020 10:53

13 yaşlı idmançı Nurlan Abbasov Gürcüstanda keçirilən kyokushin karate üzrə azyaşlılar arasında yarışda iki erməni döyüşçüsünü məğlub edərək qızıl medal qazanıb.

6 yaşından bu idman növü ilə məşğul olan Nurlan bir çox respublika turnirlərində qalib olub. 

Erməni idmançını məğlub etməsindən danışan Nurlan deyir ki, o, bu döyüşü qələbə ilə başa vuracağına əmin idi: 

“Yarış Gürcüstanda oldu. İki erməni, iki gürcünü udmuşam. Özümə inanırdım ki, udacağam ermənini. Məqsəd qoymuşdum ki, Azərbaycana qələbə ilə qayıdacağam. Bilirdim ki, həmişəki kimi qalib olacağam”.

İdmançının məşqçisi Qabil Sayadov deyir ki, Nurlan özündən fiziki cəhətdən xeyli güclü olan idmançı ilə qarşılaşsa da, oyunu qələbə ilə başa vurub: “Eşidəndə ki ikinci rəqibi ermənidir, Nurlana yaxınlaşdım və dedim ki, Nurlan sən ermənini ud, gürcüyə məğlub olsan, mən səni üzrlü sayaram. O da sağ olsun, qalib gəldi. Finala çıxanda isə yenə gürcü ilə qarşılaşdı. Finala çıxdı, baxdım ki, yenə erməni var. Rəqibi Nurlandan ağır və fiziki cəhətdən güclü idi. Nurlan bütün gücünü sərf etdi və yumruq zərbəsi ilə rəqibi çökdürdü”.

Abbasovlar ailəsində daha iki idmançı böyüyür. Nurlanın böyük qardaşı da sözügedən idman növü ilə məşğul olur. Elə qardaşına da rəqib gözü ilə baxan Nurlan deyir ki, o, bundan sonra da yalnız qələbə qazanmaq üçün çalışacaq.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol