Bu gün AMEA-ya yeni Prezident seçilə bilər? - YENİLƏNDİ
Bu gün, aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcək. Oxu.az məlumat yaymışdı ki, sözügedən iclasda AMEA-nın yeni prezidentinin seçiləcəyi gözlənilir.
AMEA-nın mətbuat xidmətindən Anews.az-a bildirildi ki, hesabatlar dinlənilir və Prezidentin seçilməsi məsələsi isə gündəlikdə yoxdur.
Ramiz Mehdiyev bu ilin fevralın 14-də vəzifəsindən istefa vermişdi. Məsələ ilə bağlı həmin gün Prezident İlham Əliyevə müraciət ünvanlamışdı.
Fevralın 19-da Ramiz Mehdiyevin istefa ərizəsi iclasda açıq səsverməyə qoyulub. Səsvermənin nəticəsində Ramiz Mehdiyevin müraciəti qəbul olunub.
Nizamnamənin 9.6-cı maddəsinə əsasən, AMEA prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Ramiz Mehdiyev,1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
Mehdiyev 2019-cu ildə vəzifəsindən çıxarılaraq "Heydər Əliyev” ordeni ilə mükafatlandırılıb.
Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidenti idi.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox