NATO sammitində Koreya liderinin iştirakı gözlənilir
Koreya Respublikasının seçilmiş prezidenti Yun Sok Yol iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak edə bilər.
"Yonhap" xəbər verir ki, bunu parlamentdə keçirilən dinləmələr zamanı növbəti hökumətdə xarici işlər naziri vəzifəsinə namizəd Pak Çin deyib.
Seçilmiş prezidentin andiçmə mərasimi mayın 10-na təyin edilib.
Xatırladaq ki, Alyansın sammitində Yaponiya, Yeni Zelandiya və Avstraliya liderləri də iştirak edə bilər.
www.anews.az
Son xəbərlər
Daha çox