• $
  • €
  • ₽
  • ₺
  • £

İranda əhalinin narazılığı artır

İranda əhalinin narazılığı artır
14.05.2022 11:57

İranda ərzaq məhsullarının qiymətinin bahalaşması və ərzaq qıtlığının yaranması ilə əlaqədar keçirilən etiraz aksiyaları davam edir. Bu aksiyalar  demək olar ki, ölkənin bütün əyalətlərini əhatə edib. 
 
Sosial mediada yayılan videolarda təhlükəsizlik qüvvələrinin hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi, ivətəndaşlara qarşı atəş açdığı görünür.
 
Dövlət televiziyası ilə çıxış edən daxili işlər naziri Əhməd Vahidi nümayişlərin genişmiqyaslı olmadığını deyib.
 
İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, ölkəni  zəruri ərzaq məhsulları ilə təmin etmək üçün son bir ildə 900 trilyon tümən (sərbəst bazar məzənnəsi ilə təxminən 30 milyard dollar) subsidiya ayrıldığını deyib.
 
İran prezidenti İbrahim Rəisi mayın 9-da iqtisadi böhranla əlaqədar bu subsidiyaların ayrılmasının dayandırıldığını bildirib. Nəticədə İranda ərzaq məhsullarının qiyməti bahalaşıb. 
 
Rəisi açıqlamasında İranda ənənəvi çörəyin, dərman və benzinin qiymətlərinin dəyişməyəcəyini bildirib. Buna baxmayaraq, yerli mətbuatda çörəyin qiymətinin 3 dəfə bahalaşdığı bildirilir.  Ölkədə yağ, yumurta və toyuq ətinin qiyməti demək olar ki, 4 dəfə artıb, bəzi qidalarla bağlı  qıtlıq yaranıb.
 
İRNA-nın məlumatına görə, ötən gecə Dezful şəhərində 15 nəfər, Yasuk şəhərində isə 7 nəfər saxlanılıb.
 
Nümayişlərin keçirildiyi şəhərlərdə internetə çıxış məhdudlaşdırılıb.  Qlobal internetə çıxışı izləyən və baş qərargahı Londonda yerləşən Netblock Tvitter hesabında İranda internet xidmətlərində məhdudiyyətlərin olduğunu təsdiqləyib.
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol