Yerevanda müxalifət metronun işini iflic edib, 200-dən çox adam saxlanılıb
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən erməni müxalifətçilər Yerevan metroыгnun fəaliyyətini əngəlləyib, bu barədə Yerevan metropoliteni məlumat yayıb.
RİA və TASS yerli KİV-ə istinadən xəbər verir ki, bir qrup fəal "Molodejnaya” stansiyasında qatar vaqonlarının qapılarını tutaraq onun hərəkətinə mane olub. Bundan sonra polis həbslərə başlayıb. TASS yazır ki, etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.
RİA-nın polisə istinadən verdiyi məlumata görə, ümumilikdə, çərşənbə günü səhər İrəvan polisi 277 nəfəri saxlayıb.
Aprelin sonundan etibarən Ermənistan müxalifəti demək olar ki, hər gün etiraz aksiyaları keçirir. Onların iştirakçıları ehtiyat edirlər ki, Paşinyan Ermənistanın Rusiyapərəst müxalifətinin təbirincə desək "Azərbaycanla münasibətləri normallaşdırmaq üçün ərazi güzəştlərinə gedə bilər".
Azərbaycan 2020-ci ilin payızında öz ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistana sülh müqaviəsi imzalamağı təklif edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün də öz Litvalı həmkarı ilə görüşündə bildirib.
"Bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini bağlamaq istəyirik", - Əliyev Litva Prezidenti ilə danışıqlarda bildirib.
Artıq bu məsələ ilə bağlı Ermənistan və Azərbaycan xarici işlər nazirləri və işçi qrupları da görüşüb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox