• $
  • €
  • ₽
  • ₺
  • £

"Litva ilə Azərbaycan strateji tərəfdaşdırlar" - İlham Əliyev

18.05.2022 20:51
Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar, bunu Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında söyləyib.

"Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir", - deyə Prezident İlham Əliyev qeyd edib.

Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: "Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.

Prezident İlham Əliyev qeyd edib ki, həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol