• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-yə 1 milyon manat ayrıldı

AzTV-yə 1 milyon manat ayrıldı
30.05.2022 14:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
 
Sərəncamda deyilir:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, "Azərbaycan Radiosu” və "Beynəlxalq Radio”nun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə qərara alıram:
 
1. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 1,0 (bir) milyon manat ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol