Şahin Mustafayev İranın neft naziri ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyunun 1-də İran İslam Respublikasının neft naziri Cavad Ovci ilə görüşüb.
Cavad Ovci Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə həyata keçirilən uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.
Cavad Ovci İranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini diqqətə çatdırıb.
Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də tərəflər arasında əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Neft-qaz sahəsində uğurlu əməkdaşlığın davam etdiyi bildirildi. Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox