• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya 2030-cu ilə qədər mənzil kommunal təsərrüfatının inkişafını müəyyənləşdirib

Rusiya 2030-cu ilə qədər mənzil kommunal təsərrüfatının inkişafını müəyyənləşdirib
22.06.2022 11:43
Rusiyada 2030-cu ilə qədər tikinti sənayesi və mənzil-kommunal təsərrüfatının inkişafı strategiyasının maliyyələşdirilməsi üçün ən azı 160 trilyon rubl lazımdır. Bunu Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin Dövlət Şurasının Rəyasət Heyətinin iclasında deyib.

"2030-cu ilə qədər proqramın ümumi dəyəri, bütün mənbələr nəzərə alınmaqla, 160 trilyon rubl təşkil edir ki, bunun da federal büdcəsi təxminən 30 trilyon rubl təşkil edir",-  Xusnullin bildirib.

Onun sözlərinə görə, əgər maliyyələşmə azalmasa, o zaman nəzərdə tutulan vəsait proqramın həyata keçirilməsi üçün kifayət etməlidir. Eyni zamanda, əlavə maliyyə ehtiyacı Federal Rifah Fondunun kreditləri və vəsaitləri hesabına ödənilə bilər.

O əlavə edib ki, proqram mütləq öz bəhrəsini verəcək. Yəni daha böyük tapşırıqlarla daha çox qazanc əldə olunacaq. Eyni zamanda, 2030-cu ilə qədər təxminən 1 milyard kvadratmetr sahə tikiləcək. 1 milyondan çox insan əlavə olaraq sənayedə işlə təmin olunacaq.

İyunun 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə mənzillə bağlı problemli vəziyyəti həll etmək üçün milyardlarla kvadratmetrə ehtiyac olduğunu bildirib. Putinin fikrincə, formalaşmış stereotipləri qırmaq və real aktivlərə, yəni tikintiyə investisiya qoymaq lazımdır.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol