• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan sülh danışıqları aparmağa hazırdır - Sergey Lavrov

Paşinyan sülh danışıqları aparmağa hazırdır - Sergey Lavrov
23.06.2022 21:21
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı  danışıqlar aparmağa hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə deyib.
 
"Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, Baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır",  -   Lavrov cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.
 
O, həmçinin vurğulayıb ki, rəsmi Moskva sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistan komissiyalarının işi ilə bağlı Bakı və İrəvana məsləhətləşmələr verməyə hazırdır. 

"Biz həmçinin digər sazişlərə uyğun olaraq Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın işi üzrə məsləhət xidmətləri göstərməyə hazırıq. Bununla bağlı konkret təkliflər var. Mən onları sizinlə  müzakirə etməkdən məmnunam”, - Lavrov bildirib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun işində "müəyyən irəliləyiş” var.

"Biz 2020-ci ilin noyabrında üç dövlətin liderləri tərəfindən imzalanmış  sənədin həyata keçirilməsini asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazırıq. Bizim qiymətləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətində müəyyən irəliləyiş var”, - Lavrov vurğulayıb.

Bu kontekstdə nazir süni maneələrin qarşısını almaq üçün avtomobillərin ən rahat hərəkəti üçün nəqliyyat kommunikasiyaları ilə bağlı məsələlərin Ermənistan tərəfi ilə razılaşdırılmasını zəruri hesab etdiyini deyib.

"Məncə avtomobillərin hərəkəti zamanı süni maneələrin yaradılmaması  üçün bu işin təşkili problemini necə həll etmək barədə ümumi fikir formalaşır. Nəticələr əldə olunana qədər Rusiya buna kömək edəcək”, - Lavrov  bildirib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar məsələsində kömək etməyə hazırdır.

Lavrov həmçinin  Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi”  çərçivəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu deyib.
 
"Düz bir həftədən sonra Aşqabadda "Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Bayramov ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik”, - Lavrov vurğulayıb.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24 Azərbaycanda işgüzar səfərdədir.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Siyasət 21:00
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
Siyasət 19:51
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
Siyasət 18:54
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 15:54
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Siyasət 14:57
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Siyasət 13:31
Xəzərdə ehtiyatları azalan balıqlar akvakultura təsərrüfatlarında artırılacaq - nazir
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
Siyasət 13:18
Dövlət qulluğu sertifikatının müddəti iki ilə endirilir
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Siyasət 13:12
ABŞ Cənubi Qafqaza diqqəti uzunmüddətli siyasətə çevirir – diplomat
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Siyasət 13:06
Azərbaycan və Ermənistan arasında yükdaşımalar 60,000 tonu ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol