• $
  • £

Meymunçiçəyinə qarşı peyvənd paylanacaq

Meymunçiçəyinə qarşı peyvənd paylanacaq
29.06.2022 11:11
ABŞ Prezidenti Co Baydenin administrasiyası meymunçiçəyi xəstəliyinin yayılmasına cavab olaraq on minlərlə doza peyvəndi paylamağa başlamağı planlaşdırır. Bu barədə "The Washington Post" məlumat yayıb.

Peyvəndin dozaları ən çox təsdiqlənmiş halların olduğu ştatlar arasında paylanacaq.
 
Məlumata görə, Havay, Massaçusets, Yuta, İllinoys, Nyu-York, Rod Aylənd, Kaliforniya, Kolorado, Florida və Vaşinqton ştatları peyvəndi alan ilk ştatlar arasında olacaq.

Meymunçiçəyinin qarşısını almaq üçün federal tənzimləyicilər tərəfindən xüsusi olaraq təsdiqlənmiş yeganə peyvənd olan "Jynneos”un 25 000-30 000 dozasını ayırmaq plana daxildir.

Rəsmi rəqəmlərə görə, ABŞ-da meymunçiçəyinə 306 nəfər yoluxub. Lakin bu sayın daha çox olduğu istisna edilmir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülleteninə görə, 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə rəsmi statistika ilə 3 413 nəfər yoluxub, bir nəfər ölüb. 

"2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə, 5 region ərazisində laborator təsdiqlənmiş 3 413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub. Əvvəlki bülletenin dərc edildiyi gündən ( red. iyunun 17-dən) indiyədək 1 310 yeni yoluxma qeydə alınıb. Bundan əlavə, daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib. Laboratoriya tərəfindən təsdiqlənmiş halların 86 %-i Avropada müəyyən edilib. Siyahıda sonrakı yerləri Amerika (11 %), Afrika (2 %), Şərqi Aralıq dənizi (1 %-dən az) və Asiya-Sakit okean (1 %-dən az) regionu tutur", - bülletendə qeyd olunub.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilata üzv ölkələri aşkar edilmiş meymunçiçəyinə yoluxma halları haqqında məlumatları paylaşmağa çağırıb.

"Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. Hələ iyunun 24-nə kimi Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə meymunçiçəyinə yoluxma barədə təsdiqlənmiş 3, mindən çox fakt daxil olub", - deyə təşkilatın baş direktoru qeyd edib.
 
Cari ilin iyunun 23-də Dünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib.
 
Meymunçiçəyi nədir? 

Meymun çiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika. İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Epidemiyalar nə qədər yayğındır?

Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.Q eydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.İ ndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.

Avropada ilk dəfə İngiltərədə təsbit edilən meymun çiçəyi virusu üç həftə ərzində bütün qitələrə yayılmağa başlayıb. Daha sonra İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, Finlandiya, İtalya ve İsveçin ardınca İsveçrə, Avstralya, Gürcüstanda da meymun çiçəyi virusuna yoluxanlar olub. Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq digər ölkələr də daxil olmaqla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana da meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək

Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol