Rusiyanın 35 600 hərbçisi zərərsizləşdirilib
Fevralın 24-dən Rusiya tərəfi Ukrayna ilə müharibədə 35 600 hərbçisini itirib, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1573 tank, 3726 zirehli maşın, 790 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 104 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 185 helikopter, 641 operativ-taktiki PUA, 143 qanadlı raket, 14 gəmi/qayıq, 2602 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.
Rusiya ordusu Baxmut istiqamətində itkilər verib.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox