• $
  • £

İsveç və Finlandiya NATO-ya üzvlük protokolunu imzalayıb

İsveç və Finlandiya NATO-ya üzvlük protokolunu imzalayıb
05.07.2022 13:09
Finlandiya və İsveç NATO-ya üzvlük protokolunu imzalayıb, bunu NATO-nun sözçüsü Oana Lunqesku tviter səhifəsində yazıb.

Sənədi Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde imzalayıblar.

Alyansın Baş katibi Yens Stoltenberq də mərasimdə iştirak edib. O, protokolların imzalanmasından əvvəl çıxış edib.
 
Alyansın Baş katibi Yens Stoltenberq deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb.

"Bu gün yaxşı gündür. Masa ətrafındakı 32 dövlətlə daha da güclü olacağıq. On illərin ən ciddi təhlükəsizlk böhranı ilə qarşı-qarşıyaykən özümüzü daha təhlükəsizlik hiss edəcəyik”, - o bildirib.

Cari ilin mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı artan narahatlıqlar fonunda Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq üçün rəsmi ərizələrini təqdim edib.

Həm İsveç, həm də Finlandiya Avropa İttifaqının üzvüdür və finlər Rusiya ilə 1340 kilometrlik sərhədi bölüşür.

İki Şimali Avropa ölkəsinin NATO-ya üzv olmaq seçimi hazırkı Avropa təhlükəsizlik quruluşunda dönüş nöqtəsidir.

Fevralın 24-də Rusiyanın Ukraynaya səbəbsiz işğalına başlamasından sonra iki ölkə NATO-ya üzv olmaq istiqamətində sürətlə irəliləyib.

İki şimal qonşusunun atdığı addımlar NATO-nun qərb sərhədinə qədər genişlənəcəyini göstərən Rusiyanın xəbərdarlıqlarına səbəb olub.

Rusiya prezidenti Vladimir Putin mayın 16-da bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarını təhlükə kimi görməsə də, orada hər hansı hərbi infrastrukturun yerləşdirilməsi Moskvanın cavabına səbəb ola bilər.
 
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı isə Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi Ukrayna müharibəsinin uzanması deməkdir.

"Ukrayna müharibəsi uzanacaq və daha geniş coğrafiyaya yayılacaq. Finlandiya və İsveçin Türkiyəyə düşmənliyi də sirr deyil. Heç kim bizə nağıl danışmasın. Terror təşkilatına silah verənlərin sözünə necə inanaq? İttifaqlarına hansı məntiqlə etibar edək?!” – Baxçalı bildirib.

Ləman Qasımova





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol