• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açacaq

Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açacaq
14.07.2022 21:30
ABŞ Prezidenti Cozef Baydeninin Yaxın Şərqə səfərindən sonra Səudiyyə Ərəbistanı hava məkanını İsrail və oradan uçan bütün kommersiya reysləri üçün açacaq.

CNN xəbər verir ki, rəsmi Ər-Riyad bu həftə hava məkanını açacağını elan edəcək.

Məlumata görə, krallıq İsraildəki müsəlmanlara Həcc ziyarətində iştirak etmək üçün çarter reysləri vasitəsilə birbaşa təyyarə ilə uçmalarına icazə verəcək.

Cozef Baydenin İsraildən belə reyslərdən biri ilə Səudiyyə Ərəbistanına yolla düşəcəyi gözlənilir.

ABŞ Prezidenti İsraillə krallıq arasında daha sıx əlaqələrin yaranacağına ümidvar olduğunu bildirib: "İki ölkə arasında münasibətlərin tamamilə normallaşması uzun çəkəcək”.

Ötən ay "The Jerusalem Post” Səudiyyə Ərəbistanı ilə İsrail arasında yerləşən iki strateji Tiran və Sanafir adalarına İsrail təyyarələrinin krallıq səmasından uçaraq getməsinə dair razılaşmanın olacağı haqqında məlumat yaymışdı. Məlumata görə, Qırmızı dənizin strateji adaları olan Tiran və Sanafir üzərində suverenlik Misirdən Səudiyyə Ərəbistanına veriləcək və bunun qarşılığında krallıq İsrail aviaşirkətlərinə bu ölkənin hava məkanı üzərindən uçuşlara icazə verəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol