• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Həşimovun məzarı ziyarət olunub

Vüqar Həşimovun məzarı ziyarət olunub
24.07.2022 21:30
Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi İkinci Fəxri xiyabanda mərhum qrossmeyster Vüqar Həşimovun məzarını doğum günü ilə əlaqədar ziyarət edib.

AŞF-dən  verilən məlumata görə, ziyarətə onun yaxınları və komanda yoldaşları da qatılıb.

AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Vüqar Həşimovun adının ölkə idmanına qızıl hərflərlə yazıldığını söyləyib: "Vüqar Həşimov kişi şahmatçılardan ibarət millinin ilk Avropa çempionluğunda böyük fədakarlıq nümayiş etdirib. Tarixi çempionluqda onun böyük rolu olub. Vüqarın adı bizə çox əzizdir. Yeniyetmələr, gənclər Vüqar Həşimovun karyerasını, onun oynadığı partiyaları öyrənməlidir. Çünki Vüqarın karyerası onlara çox böyük dəstək olacaq. Onun bizimlə olmaması çox kədərlidir. Vüqar Həşimovun adı hər zaman Azərbaycan idmanında yaşayacaq. Çünki o adını ölkə idmanı tarixinə qızıl hərflərlə yazıb".

Nazirliyin sektor müdiri Aydın Məmmədov Vüqar Həşimovun ölkə və dünya şahmatının inkişafında böyük işlər gördüyünü söyləyib. Nazirlik rəsmisi Vüqarın adının daim qəlblərdə yaşadığını vurğulayıb.

Mərhum şahmatçının atası Qasım Həşimov göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib. O, oğlunun irsinin öyrənilməsində qarşıda böyük planların olduğunu bildirib: "Bu gün Vüqarın doğum günündə artıq 8-ci dəfə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək. Vüqarın xatirəsinə turnir təşkil olunur, onun adı ilə şahmat klubu var. Amma partiyaları ümumiyyətlə karyerası dərindən öyrənilməlidir. Vüqarın kompüterində dəyərli təhlillər, partiyalar var. Onların hamısı öyrənilməli, xüsusi nəşr kimi çap olunmalıdır".

Bu gün Vüqar Həşimov Şahmat Akademiyasında yeniyetmə və gənclər arasında sayca 8-ci beynəlxalq turnirə start verilib. Turnirdə ümumilikdə 144 şahmatçı iştirak edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol