Sarkisyan Qarabağa gedib
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bu gün Qarabağa gedib. Bu barədə Ermənistanın Faktinfo nəşri məlumat verib.
Bu məlumatı Sarkisyanın ofisi də təsdiqləyib. Səfərin səbəbi barədə məlumat verilmir.
Bu günlərdə Türkiyə parlamentinin deputatı, etnik erməni Karo Paylyan Serj Sarkisyanla görüşüb. Ermənistan mətbuatının məlumatına görə, deputat Sarkisyanı Ermənistan, Türkiyə və Azərbaycan arasında barışıq ideyasını dəstəkləməyə inandırıb.
Lakin Sarkisyan Paylyanın təşəbbüsünü rədd edərək, bu təklifi "təslim olmaq” adlandırıb.
Bundan əvvəl rəsmi Bakı sülhməramlılardan separatçı hərəkatda iştirak edən və Qarabağda sülhü dəstəkləməyən şəxsləri regiona buraxmamağı tələb edib. Belə ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Raffi Ovannisyan Qarabağa buraxılmamışdı. Bu baxımdan Sarkisyanın Qarabağa səfəri müəyyən suallar yaradır.
Rəsmi Bakı hələlik Sarkisyanın səfərinə reaksiya verməyib.
N.Təbrizli
www.anews.az