• $
  • £

"Yüksəliş”in qalibi PA-da sektor müdiri təyin edilib

15.11.2022 20:30
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında yeni təyinat olub.
 
"Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.
 
Tural Feyzullayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin Universitetin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.
 
Tural Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlamış, 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirmiş, 2016–2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.
 
 Tural Feyzullayev 2020–2021-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ildən etibarən "AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.
 
Tural Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə "Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci "Yüksəliş” müsabiqəsinin qalibi olub.(APA)
 
O, ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Siyasət 23:08
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Türkiyənin vitse-prezidenti Azərbaycanın yeni səfiri ilə görüşüb
Siyasət 18:06
Türkiyənin vitse-prezidenti Azərbaycanın yeni səfiri ilə görüşüb
Həsənov: Dünyanı tariximizə inandıra bilmirik, çünki özümüz ona şübhə ilə yanaşırıq
Siyasət 14:18
Həsənov: Dünyanı tariximizə inandıra bilmirik, çünki özümüz ona şübhə ilə yanaşırıq
Həsən Həsənov: Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranmasını təsdiqləyən mənbə yoxdur
Siyasət 13:56
Həsən Həsənov: Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranmasını təsdiqləyən mənbə yoxdur

Zakir Həsənov Pakistana başsağlığı verib
Siyasət 12:30
Zakir Həsənov Pakistana başsağlığı verib
Ramiz Mehdiyevin cinayət işi məhkəmə baxışına təyin edilib
Siyasət 12:04
Ramiz Mehdiyevin cinayət işi məhkəmə baxışına təyin edilib
Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə
Siyasət 10:51
Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə
Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır
Siyasət 10:34
Babaoğlu: Hələb və İraq türkmənlərinin dili də nəzərə alınmalıdır
Azərbaycan XİN Belizi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:25
Azərbaycan XİN Belizi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol