• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Büdcə ilini dəyişməyə ehtiyac yoxdur - Maliyyə Nazirliyi

Büdcə ilini dəyişməyə ehtiyac yoxdur - Maliyyə Nazirliyi
22.11.2022 15:37
Maliyyə Nazirliyi büdcə ilinin hər ilin yanvarında aprelinə keçirilməsini məqbul saymır. Bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib. 

"Büdcə ilinin hər ilin yanvarından deyil aprelinə keçirilməsi vəziyyəti dəyişməyəcək. Deputatlar ilin başında xərclərin az olması dördüncü rübdə isə artması ilə izah edirlər. Bu gün bizim birinci rübdə xərclərin az olması büdcədə olan vəsaitin az olması ilə bağlı deyil. Bizdə artıq kifayət qədər əvvəlki büdcədən qalan  pullar olur, üstəlik neft fondundan transferlər köçürülür.  Burada xərcin az olması maliyyə vəsaitinin az olması ilə deyil büdcə təşkilatlarının bu vəsaiti mənimsəyə bilməməsi ilə bağlıdır", - Bayramov Milli Məclisin İqtisadi siyasət , sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

Onun sözlərinə görə, büdcə təşkilatları satınalma prosedurlarını gec həyata keçirir. 

"Hesab edirəm ki, büdcə ilini sürüşdürməklə istədiyimiz effekti almayacağıq. Biz satınalma prosedurlarının daha da təkmilləşməsinə diqqət yetirməliyik.  Satınalmalara daha tez icazə verilməsinə  diqqət yetirməliyik",  -  Bayramov vurğulayıb. 

2023-cü il Dövlət BÜdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Tahir Mirkişili büdcə ilini yanvardan deyil apreldən başlamağı təklif etmişdi.  
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çexiya Rusiya neftini almağı dayandırır
İqtisadiyyat 22:09
Çexiya Rusiya neftini almağı dayandırır
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
İqtisadiyyat 21:48
Yanvarda ən çox hansı ölkə qızıl satıb?
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
İqtisadiyyat 16:47
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 16:21
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ”
Supermarketlərdə et, avtomobil qazan!
İqtisadiyyat 14:58
Alış-verişlərini ABB-nin kartları ilə “ARAZ” Supermarketlərdə et, avtomobil qazan!
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
İqtisadiyyat 14:17
Yelo Bank-dan nağd pul kreditinə bahar endirimi
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
İqtisadiyyat 13:52
KOBİA 550 sahibkarın məhsulunun satışına dəstək göstərib
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
İqtisadiyyat 13:00
Bank Respublika nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 12:42
Unibank “Komissiyasız çərşənbə” aksiyası keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol