Bəxtiyar Hacıyevin vəziyyəti bir qədər sabitləşib
İstintaq əcridxanasında 14 gündür ki aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyəti dekabrın 27-də damcı yolu ilə dərman qəbulundan sonra bir qədər stabilləşib. Bunu Hacıyevin vəkili Şəhla Hümbətova bildirib.
Bu gün isə dərmanların təsiri getməyə başlayıb və o, yenidən zəifləməyə, başgicəllənməyə, müvazinətini itirməyə başlayıb.
Eyni zamanda vəkil qeyd edib ki, Hacıyev istintaq təcridxanasının tibb hissəsində həkim nəzarətindədir.
Müdafiə tərəfi ümid edir ki, dekabrın 29-da Xətai Rayon Məhkəməsi Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı ikinci vəsatəti təmin edəcək.
Çünki Hacıyev həbsdə qalacağı təqdirdə aclıq aksiyasını davam etdirmək niyyətindədir. Eyni zamanda, bayram günləri ilə əlaqədar vəkillər yaxın 6 gün ərzində onun yanına gedə bilməyəcəklər.
Hacıyevə telefon danışığı qadağası qoyulub, bütün bu müddət ərzində onun haqqında heç bir məlumat verilməyəcək.
"O, özü də qeyd edib ki, bu müddət ərzində ona qarşı təxribat ola bilər. Ona görə də evdə olsa, daha yaxşı olar", - vəkil bildirib.
Uzun müddət davam edən aclıq aksiyası hətta koronavirus pandemiyası şəraitində də Hacıyevin immunitetini zəiflətdi və bu, COVID-19 riskini artırır.
Vəkilin sözlərinə görə, Hacıyevin həbsi təkcə humanitar səbəblərə görə deyil, həm də böyük ictimai təhlükə törətməyən iddia edilən cinayətlərin xarakteri nəzərə alınmaqla qanunsuzdur.
Penitensiar Xidmətin nümayəndələri şərh almaq mümkün olmayıb.
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayacağına söz verib.
N.Təbrizli
www.anews.az