• $
  • €
  • ₽
  • ₺
  • £

Bu regionda sülhə mənfi təsir göstərir - deputat

Bu regionda sülhə mənfi təsir göstərir - deputat
01.05.2026 11:53

Avropa Parlamentinin son qətnamələri Azərbaycana qarşı qərəzli yanaşmanı əks etdirir və regionda sülh prosesinə mənfi təsir göstərir. Bunu deputat Zahid Oruc deyib. 

Onun sözlərinə görə, Azərbaycan müharibədə əldə etdiyi qələbədən sonra Avropa Parlamenti “məğlub tərəfin tribunasına çevrilərək” ölkəyə qarşı ittihamların intensivliyini artırıb.


Oruc qeyd edib ki, sənədlərdə mədəni irs, qayıdış və digər məsələlər adı altında Azərbaycana qarşı tənqidi yanaşma sərgilənir. Deputat həmçinin bildirib ki, bəzi hallarda keçmiş münaqişə iştirakçılarının “hərbi əsir” kimi təqdim olunması cəhdləri müşahidə olunur.


Deputat əlavə edib ki, qətnamələrdə istifadə olunan terminologiya və yanaşmalar Ermənistanın rəsmi mövqeyi ilə tam üst-üstə düşmür və bu, xarici təsirlərin mövcudluğuna işarə edir.


Onun sözlərinə görə, sənəddə Ermənistanın “demokratik dayanıqlığının gücləndirilməsi” və xarici təsirlərdən qorunması kimi təqdim olunan məqsədlər əslində regionda normallaşma prosesinə mane ola bilər.


Deputat bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədiyi bir dövrdə bu cür addımlar barış səylərinə zərbə vurur. O, yaxın perspektivdə sülh müqaviləsinin imzalanacağı təqdirdə bu qətnamələrin “tarixdə qalacağını” qeyd edib.


Deputat hesab edir ki, regionda sabitliyin təmin olunması üçün tərəflər sülh prosesini dəstəkləməli və xarici təsirlərə qarşı birgə mövqe nümayiş etdirməlidirlər.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol