• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib

Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
01.05.2026 11:45

Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul olunan qətnamələr qərəzli xarakter daşıyır. Bunu deputat Səməd Seyidov deyib. 


Onun sözlərinə görə, indiyədək Azərbaycanla bağlı 13 qətnamə qəbul edilib və onların hamısı ölkənin əleyhinə olub.


“Azərbaycanın uğurları bəzi dairələrdə qıcıq doğurur. Hər bir uğurumuzdan sonra bu mövzu ilə bağlı qətnamə qəbul olunub”, –  Seyidov qeyd edib.


Deputat bildirib ki, Azərbaycan hazırda Avropa üçün mühüm tərəfdaşa çevrilib və bu amil müəyyən siyasi addımlara təsir göstərir.


Seyidovun sözlərinə görə, əvvəlki dövrlərdə 720 deputatdan ibarət parlamentdə bəzi qətnamələrə cəmi 40 deputat səs verirdisə, son dövrlərdə Azərbaycanla bağlı məsələlər digər sənədlərin tərkibinə daxil edilərək səsverməyə çıxarılır.


O qeyd edib ki, bu yanaşma Azərbaycana qarşı mənfi mövqenin formalaşdırılması məqsədi daşıyır.

Avropa Parlamenti cümə axşamı Ermənistanın demokratik dayanıqlığının dəstəklənməsinə dair qətnamə qəbul edərək, Azərbaycanla bağlı bir sıra tənqidi müddəalar irəli sürüb. Rəsmi Bakı buna etiraz olaraq Avropa İttifaqının Bakıda səfirinə etiraz notası təqdim edib. 

Hazırda Milli Məclis qəbul olunan bu qətnaməyə etiraz olaraq cavab hazırlayır. 

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol